Kalendar

January 2018
M T W T F S S
« Aug    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Sayğac

  • 08May
    2017-ci ilin üç ayı ərzində Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub.
    Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunlardan 603 ilkin müraciət etmiş şəxslərin 72 nəfəri dispanser qeydiyyata götürülüb.
    Mərkəzin Hemotologiya şöbəsində  cari ilin 3 ayı ərzində 105 xəstə stasionar müalicə alıb.
    2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində 2017-ci ildə 9 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.  Ümumilikdə 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib.
    2015-ci ilin iyun ayından indiyə qədər 258521 nəfər nikahdan əvvəl müayinədən keçib.  11215 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb.
    2017-ci ilin aprel ayına qədər Respublika Talassemiya Mərkəzində dispanser qeydiyyatına 2959 xəstə salınıb.
    Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.
    Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” dövlət proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.
  • 08May

    Səhiyyə Nazirliyi əlilliyin müəyyən edilməsinə nəzarətin gücləndirilməsi və bu işdə yol verilən ciddi çatışmazlıqların aradan qaldırılması məqsədilə bəzi konkret təkliflərlə çıxış edib.

    APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib ki, tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyalarının əmək qabiliyyətinin itirilməsinin ekspertizası sahəsində peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi tədbirlər görülməsi zəruridir.

    O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən əsassız hesab edilmiş göndərişlər mütəmadi olaraq tibb müəssisələrinin tibbi şurasında təhlil olunmalı, işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq intizam tədbirləri görülməli və nəticəsi barədə Tibbi yardımın təşkili şöbəsinə məlumat verilməlidir: “Eyni zamanda Həkim məsləhət komissiyalarının işinə zəif nəzarət etdiklərinə və əlilliyin müəyyən edilməsi işində yol verdikləri nöqsanlara görə tibb müəssisələrinin baş həkimləri barədə intizam tədbirləri görülməlidir”.

  • 08May

    Laçın Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

    BakuPress.Az-ın Report-a istinadən məlumatına görə, Səhiyyə Naziri Oktay Şirəliyevin əmrinə əsasən bu vəzifəyə Güllü İbadova gətirilib.

    Qeyd edək ki, Xəstəxananın əvvəlki baş həkimi Rauf İsfəndiyarov vəzifəsindən azad edilərək Bakı şəhərində yerləşən poliklinikalardan birinə baş həkim təyin olunub.

  • 04May

    Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

    Axar.az Publika.az-a istinadla xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

    Belə ki, doğmaları 5 yaşlı Kənan Abutalıbovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

    Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

    Kənanın babası Qardaş Hüseynov nəvəsinin ölümündə onu sünnət edən həkimi günahlandırıb: “Nəvəmin ölümündə günahkar Ramiz Sadıqovdur. Onun səhvinə görə uşaq öldü. O, bizim kənddə yaşamasa da, hamı sünnət üçün ona müraciət edir. Əvvəl dövlət xəstəxanasında işləyib, indi özəl bir klinikada çalışır. Mən də sünnətin xəstəxanada olmasını istədim, amma Ramiz həkim evdə olmasını məsləhət gördü, biz də etiraz etmədik. Sünnət olunanda uşaq qorxurdu, mən də onun yanında qalmaq istədim, ancaq həkim məni çölə çıxartdı. Otaqda heç kimin qalmasına razı olmadı, uşağın üstünə qışqırdı. Uşaq da qorxdu, sonra iynə vurub, uşağın halı pisləşib. Birdən uşağı otaqdan götürüb maşına mindi, nə qədər etsək də, bizə imkan vermədi. Uşağı özü maşına qoyub xəstəxanaya apardı. Biz də onun arxasınca axtarışa başladıq. Uşaq qucağında 4 xəstəxana gəzib, özünün işlədiyi özəl klinikaya aparıb, orada aparat olmadığına görə uşağa kömək edə bilməyiblər. Axırda uşağı təcili yardım xəstəxanasından tapdıq, amma həkim orada yox idi”.

    Q.Hüseynov deyir ki, Kənanın atası il yarım əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Kənan ondan qalan tək övlad idi.

    Kənd sakinləri isə uşağın iynədən yox, qorxudan şoka düşdüyünü deyib.

    K.Hüseynovu əməliyyat edən həkim Ramiz Sadıqov isə başqa versiya danışıb. Deyib ki, 40 il həkim işləyib, ancaq ilk dəfədir ki, belə hal baş verib:

    “4-5 gün əvvəl uşağın babası sünnət etdirmək üçün mənə telefon aşmışdı. Ona məsləhət gördüm ki, uşağı aparıb özəl klinikada etdirək. Mən təqaüddəyəm, heç yerdə işləmirəm. Amma hər hansı özəl klinikaya gedib, sertifikatımı təqdim edib, sünnət edə bilərdim. Lakin ailə razı olmadı, evdə olmasını istədi. Sonra öyrəndim ki, imkanları olmadığına görə razı olmayıblar. Əməliyyat vaxtı da babası və bir nəfər də başqa bir adam yanımızda idi. Uşaq çox ağlayırdı, dedim ki, sakitləşməsə, babasını çölə çıxaracam. Lakin uşaq sakitləşmirdi. Sünnət vaxtı ancaq keyidici spreydən istifadə etmişəm, sakitləşdirici vurmamışam. Birdən-birə uşağın halı pisləşdi. Onu maşınımla Masallı Mərkəzi Xəstəxanasına apardım. Uşağa bütün reanimasion tədbirlər görüldü, amma onu həyata qaytarmaq mümkün olmadı. İndi tibbi ekspertiza ölümün səbəbini araşdırır”.

    ***

    Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

    Trend-in yaydığı məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı ölümə anafilaktik şokun səbəb olduğu nəticəsinə gəlinib. Şok uşağa “Novakain” dərmanının vurulmasından yaranıb: “Ölüm qorxudan baş verməyib. Uşaqda “Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

« Предыдущая страница   Следующая страница »