Kalendar

December 2017
M T W T F S S
« Aug    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Sayğac

  • 04Aug

    Bakının Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli Şəhər Klinik Xəstəxanasında həkimin xəstədən qeyri-qanuni pul tələb etdiyini əks etdirən videogörüntülər yayılıb.

    BakuPost.az xəbər verir ki, analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib. Xəstə isə ödəniş edəcəyi təqdirdə qəbz istəyib. Əvəzində isə “çek verilmir” cavabını alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.

    Həmin görüntülərin linkini təqdim edirik:

    https://www.youtube.com/watch?v=j9yYNc2zUZQ

  • 27Jun

    Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

    “Report”un məlumatına görə, Ağcabədi rayonunun Qiyaməddinli kənd sakini 59 yaşlı Zahid Quliyev həyətlərində təsərrüfat işləri ilə məşğul olarkən hündürlükdən yıxılıb.

    Nəticədə onun ayağı sınıb və dərhal xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Lakin Z.Quliyev əməliyyat zamanı dünyasını dəyişib.

    Yaxınlarının dediyinə görə, onun ölümünə səbəb həkim səhlənkarlığı olub. Belə ki, həkimlər səhvən Z.Quliyevin ayağında arterial damarı kəsib və o, çoxlu qan itirməsi səbəbindən ölüb.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • 12Jun
    “Sumqayıtda uşaqlar arasında rotavirus infeksiyası yayılıb. Məlumat daxil olan kimi Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb və bu gün də fəaliyyət göstərir”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

    Onun sözlərinə görə, xəstəxanada hazırda müalicəsi davam edən uşaqlar valideynlər tərəfindən gec gətirilənlərdir: “Proses qısa müddətdə lokallaşdırılıb. Uşaqların 100 faizi çiy su içdiklərini deyiblər. Aparılan yoxlamalar da göstərib ki, xəstələnən uşaqların bötüv əksəriyyətində anamnestik məlumat çiy su içməklə bağlıdır. Bununla bağlı Xudatdan gələn Şollar su xəttində “Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlı olan hadisədir. Aşkar olunan viruslar da məhz çirkli sularda daha çox yayılır. Bunu da nəzərə alaraq, uşaqların qaynadılmamış sulardan içməməsi məqsədəuyğun hesab edilir”.

    Baş pediatr qeyd edib ki, hadisədən dərhal sonra suyun təmizlənməsi və zərərsizləşdirilməsi prosesi gedib, hazırda suyun keyfiyyəti tam standartlara cavab verir.

  • 25May

    “Ötən ilin sonuna olan məlumata görə, Respublika Endokrinoloji Mərkəzində şəkərli diabet xəstəliyi ilə 226 952 nəfər qeydiyyatda olub. Halbuki 2015-ci ildə analoji göstərici 209 377 nəfər təşkil edib”.

    Bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babək Salek deyib.

    Hazırda ölkə əhalisinə 60-dan çox endokrinoloji kabinetlərin xidmət göstərdiyini vurğulayan B.Salek bildirib ki, “2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanların müayinə və müalicə məqsədi ilə davamlı addımlar atılır: “Proqram çərçivəsində həm də digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

    Onun sözlərinə görə, Bakı şəhərindəki poliklinikalarında və bölgələrdə “diabet pəncərəsi” xidmətinin yaradılması planlaşdırılır: “Həmçinin, şəkərli diabetlə xəstə pasiyentlərin müayinəsinin və müalicəsinin, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registrin yaradılması istiqamətində işlər aparılır”.

    O əlavə edib ki, ölkədə şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə diabet məktəbləri mövcuddur: “Bu məktəblər Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərir”.

« Предыдущая страница